Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la ilk oyun ərəfəsində Ağdam klubu haqda yazı dərc edib.
Korner.az-ın məlumatına görə, yazıda “Qarabağ”ın uğurlu çıxışına diqqət çəkilib, komandanın son iki mövsüm Azərbaycan çempionu olduğu, Avroliqanın qrup mərhələsində iştirak etdiyi bildirilib.
Ötən mövsüm komanda “İnter” və “Dnepr”dən sonra Avroliqada qrupu üçüncü yerdə tamamlayıb. Amma eyni zamanda Ağdam təmsilçisinin bəxtsizlik ucbatından növbəti mərhələyə keçə bilmədiyi qeyd olunub.
Yazıda diqqət çəkən əsas məqam Ağdamla bağlı olub. Qeyd olunub ki, komanda 1993-cü ildə ev oyunlarını Bakıda keçirir. Buna səbəb kimi, həmin il Ağdamın Ermənistan ordusu tərəfindən işğal edilməsi göstərilib. “Hazırda Ağdam burada yerləşdirilən bir neçə insanın yaşadığı ruhlar şəhəridir” – deyə yazıda vurğulanıb.
