Avropa Liqasının pley-off mərhələsinin hakim təyinatları açıqlanıb.
Korner.az-ın məlumatına örə, Azərbaycanı qitə miqyaslı klub turnirində təmsil edən “Qarabağ”ın “Yanq Boys”la səfər matçını idarə edəcək hakimlər də müəyyənləşib.
Belə ki, matç israilli hakimlər briqadasına həvalə olunub.
20 avqust
23:00. “Yanq Boyz” – “Qarabağ”
Baş hakim: Alon Yefet
Hakimlər: Danni Krasikov, Mahmud Mahaqna
Dördüncü hakim: Ziv Adler (hamısı İsrail)
