Topaz Premyer Liqasının XV turu “Qəbələ”nin hücumçusu Yannik Kamanan üçün əlamətdar olub.
Korner.az-ın məlumatına görə, uzun müddətdir qol vura bilməyən legioner uğursuz seriyasını “Rəvan”la səfər matçında qırıb.
Komandasının 1:0 hesablı qələbəsini təmin edən Yannik 102 gündən sonra qol sevinci yaşayıb. Kamanan sonuncu dəfə III turun avqustun 19-da “Sumqayıt”la səfər görüşündə fərqlənmişdi. Matçdan sonra fikirlərini açıqlayan hücumçu komandanın qələbəsinin daha vacib olduğunu söylədi:
“Qələbəyə görə sevincliyik. Çox vacib 3 xal qazandıq. Önəmli olan komandamın qələbə qazanması idi. Bunun öhdəsindən gəldik. Kimin qol vurmasının elə də əhəmiyyəti yoxdur”.
