Yann-Aurel Bissek “Bavariya”nın radarında
06.02.2026 , 20:00
“İnter”in müdafiəçisi Yann-Aurel Bissek “Bavariya”nın transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə bildirilir ki, 25 yaşlı oyunçu ilə hələ rəsmi danışıqlar başlamasa da, Münhen təmsilçisi mərkəz müdafiəçiləri üçün bazarı izləməyə davam edir.
Bu qərar, Dayo Upamekanonun komandada qalmasına baxmayaraq verilib.
Yanvar ayında “İnter” Bisseki İngiltərə Premyer Liqası klublarına satmaqdan imtina edib. Hazırda klub müdafiəçinin müqaviləsini yeniləmək məqsədilə danışıqlar aparır.