Yamalın son durumu məlum oldu
16.12.2024 , 19:30
“Barselona”nın zədələli futbolçusu Lamin Yamalın son durumu məlum olub.
Korner.az xəbər verir ki, 17 yaşlı vinger 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Bu barədə klubun yaydığı açıqlamada bildirilib.
İspaniyalı futbolçu La Liqanın son turunda “Leqanes”ə qarşı keçirilən görüşdə zədələnmişdi.