Yamaldan yeni rekord
01.05.2025 , 13:30

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “İnter”ə qarşı keçirilən görüş Lamin Yamal üçün əlamətdar olub.
Korner.az xəbər verir ki, gənc ulduz Kataloniya klubunda 100-cü matçını keçirib.
Bununla da yeni rekorda imza atan Yamal La Liqa təmsilçisinin heyətində 100 oyun həddinə çatan ən gənc futbolçu olub (17 yaş 291 gün).
Belə ki, bundan öncə bu göstərici Qaviyə məxsus idi (19 yaş 30 gün).
