Ölkə futbolu

Yalnız Peyman Babayi

15.12.2019 , 19:22

Azərbaycan Premyer Liqasında 28 turluq marafonun yarısı artıq yekunlaşıb.

Korner.az xəbər verir ki, “Sumqayıt” ilk iki dövrənin oyunlarını 5 qələbə, 3 heç-heçə və 6 məğlubiyyətlə yekunlaşdırıb. 14 oyuna 18 qol vurub, öz qapısında isə 20 top görən komanda 18 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Baş məşqçi Ayxan Abbasov geridə 14 tur ərzində 24 futbolçunun xidmətindən yararlanıb. Bu futbolçulardan yalnız Peyman Babayi ilk iki dövrənin bütün qarşılaşmalarında iştirak edib (14 oyun, 952 dəqiqə). Mehdi Cənnətov (13 oyun, 1170 dəqiqə), Vüqar Mustafayev (13 oyun, 1166 dəqiqə), Əmir Ağayev (13 oyun, 1163 dəqiqə), Şəhriyar Əliyev (13 oyun, 1153 dəqiqə) və Sərtan Taşqın isə (13 oyun, 936 dəqiqə) Peymandan bir oyun az keçiriblər.

Komanda geridə qalan 14 turda 18 dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olub. 6 qolun müəllifi Peyman Babayi (14 oyun, 952 dəqiqə) olub. Mehdi Şərifi 5 dəfə (10 oyun, 721 dəqiqə), Əmir Ağayev 3 dəfə (13 oyun, 1170 dəqiqə), Elvin Cəfərquliyev (11 oyun, 822 dəqiqə), Sərtan Taşqın (13 oyun, 936 dəqiqə) və Rəhim Sadıxov isə (10 oyun, 562 dəqiqə) hərəyə bir dəfə qapını dəqiq nişan alıb. Yerdə qalan 1 qol isə avtoqol nəticəsində vurulub.

Peyman Babayi – 14 oyun (952 dəq.)
Mehdi Cənnətov – 13 (1170)
Vüqar Mustafayev – 13 (1166)
Əmir Ağayev – 13 (1163)
Şəhriyar Əliyev – 13 (1153)
Sərtan Taşqın – 13 (936)
Səbuhi Abdullazadə – 12 (749)
Elvin Bədəlov – 12 (719)
Cəmaləddin Xocaniyazov – 11 (990)
Elvin Cəfərquliyev – 11 (822)
Mehdi Şərifi – 10 (721)
Süleyman Əhmədov – 10 (578)
Rəhim Sadıxov – 10 (562)
Amil Yunanov – 10 (318)
Vurğun Hüseynov – 8 (720)
Aleksey İsayev – 5 (447)
Xəyal Nəcəfov – 5 (113)
Elgün Nəbiyev – 3 (65)
Rail Məlikov – 2 (180)
Murad Xaçayev – 2 (172)
Rüfət Abdullazadə – 2 (21)
İlqar Qurbanov – 2 (19)
Aydın Bayramov – 1 (90)
Ehtiram Şahverdiyev – 1 (18)

Vurulan qollar: Peyman Babayi (6), Mehdi Şərifi (5), Əmir Ağayev (3), Elvin Cəfərquliyev, Sərtan Taşqın, Rəhim Sadıxov.

Son yazılar

Yuxarı