“Qarabağ”ın futbolçusu Yakub Jezniçak yayda əməliyyat olunacaq.
Bu haqda Jezniçak Polşa mətbuatına açıqlamasında məlumat verib. Müdafiəçi bildirib ki, həm burnundan, həm də barmağından əməliyyat olunacaq. Əməliyyat əvvəlcə qış fasiləsində nəzərdə tutulsa da, Jezniçak bunu yaya qədər təxirə salıb.
Jezniçak yayda Polşanın “Legiya” (Varşava) klubundan “Qarabağ”a keçmişdi.
