Avropa liqası

“Yəqin hamı fikirləşəcək ki, Elnur dəlidi”

19.07.2012 , 19:44

"Meydana yalnız qələbə qazanmaq üçün çıxmışdıq. Uşaq səhvindən qol buraxdıq, ancaq şansımızı itirməmişik".

Bu sözləri "Xəzər Lənkəran" – "Lex" qarşılaşmasından sonra Elnur Allahverdiyev Korner.az-ın əməkdaşı ilə söhbətində deyib. Müdafiəçi Polşadakı cavab oyununda qələbəyə ümidini itirməyib: "Yəqin hamı fikirləşəcək ki, Elnur dəlidi. Amma biz onları səfərdə uda bilərik".

Əməkdaşımızın "Yunis Hüseynov oyundan sonrakı açıqlamasında dedi ki, futbolçularım "Lex"in adından qorxurdular. Bu fikirlə razısızmı?" sualına Allahverdiyevin cavabı belə olub: "Lex" kimdi ki? Onlar da bizim kimi futbolçulardı. "Lex"dən çəkinmirik və cavab oyununda yalnız qələbə qazanmağı düşünürük".

Son yazılar

Yuxarı