Antalyada təlim-məşq toplanışı keçirən "Xəzər Lənkəran"a daha iki futbolçu – Sadio Tounkara və Kazım Kazımlı qoşulublar.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla 13:30-da hər iki futbolçu komandanın məskunlaşdığı Ela Quality Resort otelinə çatıblar.
Sadionun toplanışa gecikməsi onun Mali millisinin düşərgəsinə çağırılması ilə bağlı idisə, Kazım şəxsi problemlərlə əlaqədar üzrlü səbələrdən bir qədər gecikmişdi.
Beləliklə bu günə düşərgədə olan futbolçuların sayı 19-a çatıb.