Antalyada təlim-məşq toplantısını davam etdirən "Xəzər Lənkəran" bu gün ilk yoxlama matçını keçirəcək.
Korner.az-ın məlumatına görə, Cənub təmsilçisi Qazaxıstanın “Jetısu” klubu ilə qüvvəsini sınayacaq.
"Ağ-yaşıllar"ın ispaniyalı baş məşqçisi Karles Bakes qazaxlarla oyunda yeni transferlər Gökhan Güləç, Uğur Pamuk və xorvatiyalı qapıçı İvan Çoviçin nəyə qadir olduğunu bir daha görəcək.
Matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
19 yanvar
Yoldaşlıq görüşü
19:00. "Xəzər Lənkəran" (Azərbaycan) – "Jetısu" (Qazaxıstan) – 1:1
Qollar: Adrian Pit, 25 (1:0)