Avropa Liqasında mübarizəni dayandıran "Xəzər Lənkəran" klubda "təmizləmə" əməliyyatına kleçib.
Korner.az-ın klubdan əldə etdiyi məlumata görə, komandanın 3 futbolçusu – Kamran Ağayev, braziliyalı Rikardo Qomeş və kosta-rikalı hücumçu Rendel Brenes transferə çıxarılıb.
Bu barədə bu gün keçirilən klubdaxili iclasda qərar qəbul olunub.
Adı çəkilən futbolçuların yerlərinə tezliklə yeni oyunçular cəlb olunacaq.