Premyer Liqanın XXV turu çərçivəsndə mart ayının 8-də “Xəzər Lənkəran” səfərdə “Rəvan” klubu ilə qarşılaşacaq.
Korner.az-ın məlumatına görə, bu görüş “Xəzər Lənkəran”ın 2004-cü ildən bəri ölkə çempionatlarının XXV turları çərçivəsində keçircəyi 10-cu oyun olacaq.
İndiyə qədər komanda ölkə çempionatarının XXV turlarında 9-oyunda meydana çıxıb ki, bu qarşılaşmaların 4-də qələbə qazanıb, 1-də məğlub olub və 4 oyunda isə qalib müyyənləşməyib.
Rəqib komandaların qapılarından 10-top keçirərək öz qapısından cəmi 4-top buraxan komanda, XXV turlarda ümumilikdə 16-xal toplaya bilib.