"Xəzər Lənkəran" bu gün Respublika Dövlət Yol Polisinin meydançasında səhər məşqini keçirərək günorta naharından sonra Bakını tərk edib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda axşam saatlarında artıq Tovuza çatacaq.
Sentyabrın 29-da Premyer Liqanın VII turu çərçivəsində "Turan"la qarşılaşacaq "Xəzər Lənkəran"ın heyətində zədəli oyunçu yoxdur.
Görüş şənbə günü saat 16:00-da Tovuz şəhər stadionunda baş tutacaq.