Azərbaycan Premyer Liqasının X turunda “Qarabağ”ı qəbul edəcək “Xəzər Lənkəran” tarixində 25-ci dəfə bu rəqiblə qarşılaşacaq.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yubiley qarşılaşması ərəfəsində rəqiblər 22 dəfə çempionat, 2 dəfə kubokda üz-üzə gəliblər.
İndiyədək hərəyə 10 dəfə qalib gələn rəqiblər cəmi 4 dəfə heç-heçə ediblər. Bu tarazlığı Lənkəran şəhər stadionunda pozmağa çalışacaq “Xəzər Lənkəran” top fərqində indi də üstünlüyə malikdir. Komandaların çempionatdakı 22 oyununda "Xəzər Lənkəran" da, “Qarabağ” da 9 dəfə sevinib. Daha 4 dəfə 1 xalla ayrılan rəqiblərin oyunlarında Lənkəran təmsilçisi 27, Ağdam klubu isə 21 qol sevinci yaşayıb.
Yeganə kubok duelindəki 2 matçın hərəsində 1 komanda qalib gəlsə də, səfər qolu sayəsində mərhələ adlayan məhz “Xəzər Lənkəran” olub – 1:0 və 1:2.
“Xəzər Lənkəran”ın “Qarabağ”la bütün oyunları
2004/05 13.12.2004 Çempionat səfərdə 1:3
2004/05 15.05.2005 Çempionat evdə 3:0
2005/06 02.10.2005 Çempionat səfərdə 1:2
2005/06 01.04.2006 Çempionat evdə 2:0
2006/07 09.11.2006 Çempionat evdə 2:0
2006/07 07.05.2007 Çempionat səfərdə 4:1
2007/08 26.08.2007 Çempionat evdə 2:0
2007/08 02.03.2008 Çempionat səfərdə 0:2
2008/09 22.11.2008 Çempionat evdə 1:3
2008/09 09.05.2009 Çempionat səfərdə 0:1
2009/10 30.10.2009 Çempionat səfərdə 0:1
2009/10 13.02.2010 Çempionat evdə 0:0
2009/10 06.03.2010 Kubok səfərdə 1:2
2009/10 17.03.2010 Kubok evdə 1:0
2009/10 03.04.2010 Çempionat evdə 2:1
2009/10 09.05.2010 Çempionat səfərdə 1:2
2009/10 30.10.2010 Çempionat səfərdə 1:0
2010/11 23.12.2010 Çempionat evdə 1:2
2010/11 10.04.2011 Çempionat səfərdə 0:0
2010/11 07.05.2011 Çempionat evdə 1:1
2010/11 17.09.2011 Çempionat səfərdə 1:0
2011/12 10.12.2011 Çempionat evdə 0:0
2011/12 11.03.2012 Çempionat səfərdə 0:1
2011/12 11.05.2012 Çempionat evdə 4:1
* İki komandanın oyunlarında 3 böyükhesablı nəticə qeydə alınıb. Hər 3 halda “Xəzər Lənkəran” qələbə qazanıb: 2004/05 mövsümündə 3:0, 2006/07 mövsümündə 4:1 və ötən mövsümün son turunda da 4:1.
* “Qarabağ”la oyunlarda 96 futbolçu “Xəzər Lənkəran”ın formasını geyib.
* Rahid Əmirquliyev hamıdan çox – 18, Kamran Ağayev 16, Radomir Todorov 14 dəfə bu matçlarda iştirak edib.
* Dəqiqə etibarilə “Qarabağ”a qarşı ən çox oynayanlar da bu 3 futbolçudur. Kamran 1440, Ragid 1321, Radomir isə 1228 dəqiqə “Qarabağ”a qarşı oynayıb.
* “Xəzər Lənkəran”ın “Qarabağ”ın qapısından keçirdiyi 29 qola 18 futbolçu imza atıb.
* Samir Əliyev Ağdam təmsilçisini hamıdan çox – 4 dəfə məyus edib.
* Bu oyunlarda Mario Souza – 3, Rəşad Abdullayev, Alim Qurbanov, Emeka Opara, Zaur Ramazanov, Eder Bonfim, Edmond N'Tiamoa – hərəsi 2, İvan Tsvetkov, Adrian Pit, Kristian Martins Kabral, Junior Osvaldo, Konstantin Arbanas, Elmar Baxşıyev, Robert İlyeş, Rendal Brenes, Sadio Tounkara, Xorxe Dias – hərəsi 1 qol vurublar.
* “Qarabağ”la oyunlarda “Xəzər Lənkəran”ın 38 futbolçusu vərəqə ilə cəzalanıb.
* Onlar ümumilikdə 65 vərəqə alıblar.
* Dieqo Souza 6, Elnur Allahverdiyev 5, Alim Qurbanov isə 4 vərəqə alıb.
* Komandanın bu matçlarda meydandan qovulan 2 üzvü isə Dieqo ilə Elnurdur. Onlar hərəyə 1 qırmızı vərəqə alıblar.
* “Qarabağ”la oyunlarda “Xəzər Lənkəran”ın 4 qapıçısı iştirak edib. Kamran Ağayev 16 oyunda 11, Aleksandr Martyoşkin 4 oyunda 5, Dmitri Kramarenko 3 oyunda 6, Kamal Bayramov 1 matçda 1 qol buraxıb.
* “Xəzər Lənkəran”ın “Qarabağ”la oyunlarında 3 penalti təyin olunub. İvan Svetkov komandamızın yeganə şansından yararlana bilib.
* Rəqibin zərbələrini isə Kamran Ağayevlə Aleksandr Martyoşkin buraxıb.