XXIII turun ən yaxşısı bəlli oldu
11.04.2019 , 18:30

“InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün XXIII turunun ən yaxşı futbolçusu məlum olub.
PFL-in rəsmi saytına istinadən verilən xəbərə görə, bu, “Neftçi”nin üzvü Baqali Dabodur. Fransız oyunçu “Zirə”yə qarşı görüşdə 90 dəqiqə meydanda olub və 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Araşdırmalara əsasən Baqali Dabo turun ən yaxşı indeksə malik futbolçusudur.
