Xviça “Napoli”də qalır?
26.12.2024 , 21:47
“Napoli” futbolçusu Xviça Kvaratsxeliya ilə yeni müqavilə üçün danışıqlar aparır.
Korner.az xəbər verir ki, İtaliya klubu gürcü vingerin sözləşməsini uzatmaq istəyir.
Yayılan xəbərə görə, tərəflər arasında müddəti 2029-cu ilə qədər nəzərdə tutulan müqavilənin imzalanacağı gözlənilir.
Neapollular oyunçuya illik 6 milyon avro maaş olmaqla müqavilə təklif ediblər.