Xviça Kvaratsxeliya: ‘Hakimisiz oynamaq çox çətindir’”
28.11.2025 , 11:30
PSJ-nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya komandanın zədəli müdafiəçisi Əşrəf Hakiminin yoxluğunun ciddi itki olduğunu bildirib.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, gürcü futbolçu bunları deyib:
“Onsuz oynamaq həqiqətən çətindir. Onu əvəz edə biləcək heç kim yoxdur — o, komandanın ən yaxşı futbolçularından biridir. Məncə, Hakimi ilin ən yaxşı afrikalı oyunçusu adına layiqdir. Bizim üçün çox vacib fiqurdur.”
Hakimi noyabrın əvvəlində “Bayern”lə matçda (1:2) zədələnib və 2026-cı ilə qədər meydana qayıtma ehtimalı çox aşağıdır.