XVI turun ən yaxşısı oldu
10.02.2020 , 17:14

“InStat”ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasında 16-cı turun ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, 325 göstərici ilə “Sumqayıt”ın yarımmüdafiəçisi Xəyal Nəcəfovdur.
Gənc futbolçu “Zirə”yə qarşı görüşdə (2:1) 90 dəqiqə meydan olub və komandasının qələbə qoluna imza atıb.
