Xulian Alvaresin “Çelsi”yə keçidi gündəmdə
12.11.2025 , 20:00
Argentina millisinin və “Atletiko”nun futbolçusu Xulian Alvares İngiltərə Premyer Liqası klubuna transfer ola bilər.
Korner.az xəbər verir ki, “Çelsi” 25 yaşlı argentinalının transferində maraqlıdır və klub futbolçu üçün “Atletiko”nun tələb etdiyi məbləği ödəməyə hazırdır.
PSJ-nin də Alvaresi transfer etmək istədiyi bildirilib.
Onun “Atletiko” ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədər davam edir. Xulian daha əvvəl “River Pleyt” və “Mançester Siti” klublarında çıxış edib.