Xudiyev üçün yeni təyinat
20.03.2024 , 15:18

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.
Korner.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Yunanıstan – Andorra oyununun hakim-inspektoru olacaq.
Qeyd edək ki, martın 26-da keçiriləcək sözügedən görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
