Xudiyev Avroliqanın oyununa təyinat aldı
15.10.2021 , 12:10

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti dəfə təyinat alıb.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Rusiyanın “Spartak” (Moskva) və İngiltərənin “Lester” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun oyununda iş başında olacaq.
Qeyd edək ki, qarşılaşma oktyabrın 20-də Rusiyanın paytaxtı Moskvada oynanılacaq.
