Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.
Korner.az-ın məlumatına görə, Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 7-də Latviyanın Yurmala şəhərindəki “Sloka” stadionunda keçiriləcək “Spartak” (Yurmala, Latviya) – “Dinamo” (Minsk, Belarus) oyununun hakim-inspektoru Asim Xudiyev olacaq.
