Xudiyevə yeni təyinat
31.08.2023 , 10:47

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Gürcüstan – Cəbəllütariq oyununun hakim-inspektoru olacaq.
Görüş sentyabrın 6-da Gürcüstanın Kutaisi şəhərindəki “Şengeliaya Arena”da keçiriləcək.
