Xudiyevə UEFA-dan təyinat
10.10.2022 , 18:11

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti təyinat alıb.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
O, oktyabrın 13-də UEFA Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Slovan” (Slovakiya) – “Bazel” (İsveçrə) oyununun hakim-inspektoru olacaq.
