Xuan Mata daha sərfəli təklif gözləyir
24.03.2019 , 13:53

Xuan Mata “Mançester Yunayted”in yeni müqavilə təklifini rədd edib.
İspaniyalı yarımmüdafiəçinin müqavilə yeniləməməsinə səbəb ona 1 illik müqavilə təklif olunmasıdır. 30 yaşlı futbolçunun rəhbərlikdən daha sərfəli və uzunmüddətli müqavilə gözlədiyini ehtimal olunur.
Qeyd edək ki, Xuan Mata bu mövsüm Premyer Liqada 18 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.
