“Xoşbəxtlikdən qol sayılmadı” – Marko Rossi
13.10.2019 , 23:05

Macarıstan millisinin baş məşqçisi Marko Rossi AVRO-2020-nin seçmə mərhələsində evdə Azərbaycanla matçdan (0:1) sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib.
Korner.az-ın məlumatına görə, O, Azərbaycanın qolunun sayılmadığına görə xoşbəxt olduğunu söylədi:
“75 dəqiqəni yaxşı keçirdik, sonra isə yorulduq. Rəqib bundan yararlanaraq qol vurdu. Xoşbəxtlikdən qol sayılmadı. Orada nə baş verdiyini görmədim. Bəxtimiz gətirdi. Azərbaycan millisinə hörmət etmək lazımdı. Onlar Xorvatiya ilə 1:1 hesablı heç-heçə ediblər, Uelsə son dəqiqələrdə qol buraxaraq uduzublar”.
