İspaniyanın “Sevilya” klubu Xorxe Sampaoli ilə yollarını ayırıb.
Korner.az-ın məlumatına görə, klub verdiyi açıqlamada mütəxəssisin Argentina millisinin başına keçdiyini bildirib.
Qeyd edilir ki, Sampaolinin “Sevilya” ilə müqaviləsinə tərəflərin qarşılıqlı razılığı əsasında xitam verilib. Təcrübəli çalışdırıcı iyunun 1-də rəsmən Argentinanın baş məşqçisi olacaq.
