İspaniya La Liqasında mübarizə aparan “Sevilya”nın baş məşqçisi Xorxe Sampaoli gələn mövsüm “Barselona”ya keçib-keçməyəcəyi haqda danışıb.
Korner.az-ın məlumatına görə, çilili mütəxəssis:
“Luis Enrike kimi “Barselona”da çoxlu sayda uğurları olan məşqçini bu cür mühakimə etmək düzgün deyil. Yalnız Luis Enrike qərar verse, “Barselona”da boşluq ola bilər. Açıqlama vermək məcburiyyətində deyiləm. Bu cür dəyişikliklər bir neçə şeyə bağlıdı. Gün keçdikcə də dəyişə bilər. Sabah nəyin olacağını heç kim bilmir. Bu peşədə fikir bildirmək bir gözlənti yaratmaz. Mən hal-hazırda “Sevilya”nın uğur qazanması üçün çalışıram və sadəcə buna köklənmişəm”.
Xatırladaq ki, “Sevilya” La Liqada “Barselona”dan 1 oyun artıq oynayaraq 49 xalla 2-ci sıradadır.
