İyirmi beş yaşlı xorvatiyalı futbolçu Bruno Boban matç zamanı sinəsindən aldığı zərbə nəticəsində ölüb
Bu barədə “Marsoniya” futbol klubunun “facebook” səhifəsində bildirilib.
Məlumata görə, hadisə “Marsoniya” və “Slavoniya” komandaları arasında qarşılaşmanın 15-ci dəqiqəsində baş verib. Zərərəçəkənə tibbi yardım göstərmək üçün meydançaya həkimlər gəliblər. Lakin onlar futbolçunun həyatını xilas edə bilməyiblər.
Oyunçunun ölüm səbəbi hələ məlum deyil.
