Xorvatiya millisinin futbolçusu İvan Perişiç yeni mövsümdən İspaniya La Liqasında çıxış edə bilər.
Korner.az-ın məlumatına görə, bu barədə “sport.es” nəşri yazıb
İtaliya “İnter”inin futbolçusu “Barselona”nın maraq dairəsinə düşüb.
Kataloniya təmsilçisinin baş məşqçisi Luis Enrike “Avro-2016″dakı uğurlu çıxışı ilə diqqət çəkən Perişiçi komandasında görmək istəyir. “Barselona”nın turnirdən sonra 27 yaşlı futbolçu ilə danışıqlara başlayacağı gözlənilir.
