Xorvatiya millisinin yekun heyəti – SİYAHI
09.11.2022 , 19:36

Xorvatiya millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.
Korner.az xəbər verir ki, baş məşqçi Zlatko Daliç yığmaya 26 futbolçu dəvət edib:
Qapıçılar: Dominik Livakoviç (“Dinamo” Zaqreb), İvitsa İvuşiç (“Osiek”), İvo Qrbiç (“Atletiko” Madrid, İspaniya)
Müdafiəçilər: Domaqoy Vida (AEK, Yunanıstan), Deyan Lovren (“Zenit”, Rusiya), Borna Barişiç (“Reyncers”, Şotlandiya), Yosip Yuranoviç (“Seltik”, Şotlandiya), Yoşko Qvardiol (“Leyptsiq”, Almaniya), Borna Sosa (“Ştutqart”, Almaniya), Yosip Stanişiç (“Bavariya”, Almaniya), Martin Erliç (“Sassuolo”, İtaliya), Yosip Şutalo (“Dinamo” Zaqreb)
Yarımmüdafiəçilər: Luka Modriç (“Real Madrid”, İspaniya), Mateo Kovaçiç (“Çelsi”, İngiltərə), Marselo Brozoviç (“İnter”, İtaliya), Mario Paşaliç (“Atalanta”, İtaliya), Nikola Vlaşiç (“Torino”, İtaliya), Lovro Mayer (“Renn”, Fransa), Kristian Yakiç (“Ayntraxt”, Almaniya), Luka Suçiç (“Zaltsburq”, Avstriya)
Hücumçular: İvan Perişiç (“Tottenhem”, İngiltərə), Andre Kramariç (“Hoffenhaym”, Almaniya), Bruno Petkoviç, Mislav Orşiç (hər ikisi “Dinamo” Zaqreb), Ante Budimir (“Osasuna”, İspaniya), Marko Livaya (“Hayduk”).
Xorvatiya yığması mundialda F qrupunda Belçika, Kanada və Mərakeşlə mübarizə aparacaq. Dünya çempionatı noyabrın 20-dən dekabrın 18-nə qədər olacaq.
