Xorvatiya millisinin aparıcı üzvü İvisa Oliç AVRO-2012 turnirindən kənarda qala bilər.
Korner.az-ın məlumatına görə, buna səbəb isə, futbolçunun Norveç millisi ilə oynanılan matçda aldığı zədədir. Belə ki, Oliçin iyun ayının 10-da İrlandiya ilə oynanılacaq matçı buraxması dəqiq idi. Lakin komandanın həkimləri hücumçunun ümumilikdə AÇ-ı turnirini buraxa biləcəyini deyib.
