Argentina yarımfinalda
10.12.2022 , 02:00

Bu gün Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Günün ilk matçında mundialın favoritlərindən olan Braziliya yığması Xorvatiya ilə üz-üzə gəlib. Görüşün əsas caxtı 1:1 hesabı ilə bitib. Penalti seriyasında üstün olan xorvatlar adını yarımfinala yazdırıb.
Digər matçda Lionel Messinin çıxış etdiyi Argentina millisi Niderlandın müqavimətini qırmağa çalışlb. Görüşün əsas vaxtı 2:2 hesablı heç-heçə ilə bitib. Penaltilərdə dəqiq olan Argentina yarımfinal mərhələsinə vəsiqə qazanıb.
Bu cütlərin qalibləri yarımfinalda üz-üzə gələcək.
Dünya çempionatı
1/4 final mərhələsi
9 dekabr
19:00 Xorvatiya – Braziliya – 1:1(penaltilər 4:2)
23:00 Niderland – Argentina – 2:2(penaltilər 3:4)
