Xorvatiya – Azərbaycan oyununun stadionu müəyyənləşdi
11.12.2018 , 10:28
Avro-2020-nin seçmə mərhələsinin birinci turunda keçiriləcək Xorvatiya – Azərbaycan oyununun stadionu müəyyənləşib.
Görüş Zaqrebdəki “Maksimir” stadionunda oynanılacaq. Bu barədə qurumun İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.
Qeyd edək ki, Xorvatiya – Azərbaycan görüşü gələn il martın 21-i keçiriləcək. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
