Xorvatiya – Azərbaycan matçı üçün təyinatlar açıqlanıb
10.01.2025 , 17:00

Futzal üzrə AÇ-2026-nın əsas mərhələsində Azərbaycan millisinin Xorvatiya yığması ilə qarşılaşacağı görüşün hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, yanvarın 31-də Pula şəhərində keçiriləcək görüşü Moldova və Estoniyadan olan hakimlər idarə edəcək.
Bu barədə Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qarşılaşmada birinci hakim kimi Viktor Buqenko (Moldova) fəaliyyət göstərəcək. Digər hakimlər isə estoniyalı Qriqori Oşomkov və Yaqnar Yakobson olacaq. Matçın UEFA nümayəndəsi Stefan Kammerer (Almaniya) təyin edilib.
“Mate Parlov”da keçiriləcək Xorvatiya – Azərbaycan oyunu saat 22:15-də başlayacaq.
