AÇ-2016-nın seçmə
mərhələsi çərçivəsində millimizin Xorvatiya ilə keçirəcəyi oyunun stadionu müəyyənləşib.
Korner.az-ın məlumatına
görə, bu il 13 oktyabrda Xorvatiya – Azərbaycan oyunu “Qradski vrt” stadionunda təşkil olunacaq.
Xorvatiya
yığması 1980-ci ildə əsası qoyulmuş arenada 9-cu oyununu keçirəcək. DÇ
iştirakçısı olan xorvatlar buna qədər keçirdiyi 8 oyunda məğlub olmayıb.
Qeyd
edək ki,qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
