İngiltərə Premyer Liqasında 37-ci turun “Blekbern” – “Uiqan” matçında azarkeşlər maraqlı hadisəyə şahidlik etmiş olublar. Korner.az-ın məlumatına görə, matçın gedişində meydana “Blekbern” simvolu ilə bəzədilmiş xoruz girib.
Hakim oyunu bir müddət dayandırmalı olub. Fasilə meydan sahiblərinin oyunçusu Yakubu Ayeqbeninin xoruzu tutub stadion əməkdaşlarına verənədək davam edib. Görüş bundan sonra davam etdirilib.
Qeyd edək ki, görüş “Uiqan”ın qələbəsi ilə nəticələnib – 1:0.
