Xocalının Azərbaycan Ordusu tərəfindən atəşə tutulması yalandır
26.10.2020 , 17:13

“Xocalı rayonunun Çanaqçı kəndinin (keçmiş Əsgəran rayonunun Avetaranots) guya Azərbaycan Ordusu tərəfindən atəşə tutması barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır”.
Korner.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, qoşunlarımız bütün cəbhə boyu yeni humanitar atəşkəs rejiminə əməl edir.
