Çərşənbə axşamından etibarən Bakıda gündəlik olaraq məşq edən “Xəzər Lənkəran” Premyer Liqanın növbəti turuna hazırlıqlarını davam etdirir.
Korner.az-ın məlumatına görə, zədəli olan Uğur Pamuk və Cahangir Həsənzadə istisna olmaqla, bütün heyət üzvləri məşqlərdə iştirak edirlər.
Sabah isə komanda Tofiq Bəhramov adına Respublika Stadionunda oyunöncəsi son məşqə çıxacaq.
“Qarabağ” – “Xəzər Lənkəran” matçı oktyabrın 26-da keçiriləcək və saat 18:00-da başlayacaq. (klub saytı)
