“Xəzər Lənkəran” Futbol Klubu inanmaq istəyərdi ki, yayılan bu məlumat şaiyədən başqa bir şey deyil. Biz "Simurq" – "Bakı" görüşündə qalibin məhz "fair-play" prinsipləri əsasında müəyyənləşəcəyini gözləyirik".
Bu sözləri Korner.az-a açıqlamasında "Xəzər Lənkəran" klubunun mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev deyib.
"Ağ-yaşıllar"ın rəsmisi "Bakı"nın "Simurq" ilə sövdələçməyə gedə biləcəyi haqda gəzən informasiyalara münasibət bildirərkən daha sonra bunları deyib:
"Biz düzgün oyunun tərəfdarıyıq və inanırıq ki, nə komandalar, nə də hakim tərəfdən arxa sövdələşmələrə yol verilməyəcək. İnşallah təmiz oyunun şahidi olacağıq. Necə deyərlər, oyunçu aparsın!"