Premyer Liqada davam edən fasilə müddətində doğma şəhərdə hazırlaşan “Xəzər Lənkəran” oktyabrın 8-da iki fərqli məşq keçib.
Korner.az-ın məlumatına görə, komanda dünən saat 10:00-da bazada yerləşən hovuz kompleksdə fitnes hazırlığına başlayıb. Günortaya yaxına qədər trinajorlarda çalışan futbçular daha sonra bazanın otelində istirahətə çəkiliblər. Saat 17:00-da isə komanda stadionun əsas meydançasında axşam məşqinə çıxıb.
Saat yarım davam edən hazırlıq prossesində Əfran İsmayılov kollektivlə birgə çalışsa da, Alfredo Sanko hazırlığını fərdi qaydada davam etdirib. Digər zədəli Uğur Pamukun isə yaxın üç həftə ərzində məşq edə bilməyəcəyi artıq yəqinləşib.
