XII turun bütün qarşılaşmaları təxirə salındı
05.12.2020 , 14:31

Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağ” – “Qəbələ” oyunu meydan sagiblərinin heyətində 7 futbolçuda COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün 06.12.2020 tarixdə baş tutmayacaq.
Korner.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Beləliklə, Premyer Liqada XII turun bütün qarşılaşmaları təxirə salınır. Turun keçiriləcəyi tarixlə bağlı əlavə məlumat PFL-nin rəsmi saytında yerləşdiriləcək.
