İspaniya La Liqasına sonuncu vəsiqə uğrunda pley-off oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, bu gecə həlledici oyuna vəsiqə qazanan ilk komanda bəlli olub. Yarımfinalda qarşılaşan “Xetafe” və “Hueska”nın cavab görüşü darmadağınla yekunlaşıb.
“Hueska”nın meydanındakı görüşdə 2:2 hesabı qeydə alınsa da, “Xetafe” doğma divarlar arasında bu rəqibinə 3 cavabsız qolla qalib gəlib. Nəticədə, bu komanda finala yüksəlib.
