“Xetafe” gənc futbolçunu birdəfəlik alır
16.09.2024 , 15:30
“Xetafe” “Renn”dən icarəyə götürdüyü Bertuğ Yıldırımı birdəfəlik ala bilər.
Korner.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Yayılan xəbərə görə, “Xetafe” futbolçunun transfer haqqını almağı düşünür.
Xəbərdə, Bertuğun xüsusilə oyun oxuma bacarığı, çevikliyi ilə məşqçi Xose Bordalası və texniki heyəti heyran etdiyi vurğulanıb.
Gənc oyunçu indiyədək “Xetafe”də 2 matçda iştirak edib.
Onun hazırkı bazar dəyəri 3,5 milyon avro dəyərindədir.