“Xetafe” baş məşqçini göndərdi
27.04.2023 , 16:46

“Xetafe” baş məşqçisi Flores Sançezlə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə, baş məşqçinin müqaviləsinə komandanın son oyunlardakı uğursuz çıxışlarına görə xitam verildiyi qeyd olunub.
Təcrübəli mütəxəssis 2021-ci ildən La Liqa klubunu çalışdırırdı.
Xetafe” hazırda La Liqada 31 xalla 17-ci pillədə qərarlaşıb.
