“Xetafe” baş məşqçi ilə davam dedi
25.06.2023 , 16:47

“Xetafe” baş məşqçi Xose Bordalasın müqavilə müddətini uzadıb.
Korner.az xəbər verir ki, 59 yaşlı mütəxəssislə 2 illik yeni sözləşmə imzalanıb.
İspan baş məşqçi aprel ayından bu postda çalışır. Komanda onun rəhbərliyi altında La Liqada qalmağı bacarıb.
Bordalas daha öncə 2016-2021-ci illər aralığında da “Xetafe”yə rəhbərlik edib.
