Fransa 1-ci Liqasında mübarizə aparan PSJ klubunun futbolçusu Xese Rodrigez İspaniyanın “Las Palmas” klubuna transfer olunub.
Korner.az-ın məlumatına görə, 23 yaşlı futbolçu mövsümün sonuna qədər icarə əsasında doğulduğu və böyüdüyü şəhərin klubunda oynayacaq.
Xatırladaq ki, ispan futbolçu mövsümün əvvəli 25 milyon avro qarşılığında “Real”dan (Madrid) PSJ-yə transfer olunmuşdu. Xese fransız klubun heyətində 14 oyuna 2 qol vurmağı bacarıb.
