“Yuventus” heyətini daha bir futbolçu ilə gücləndirməyi düşünür.
Korner.az-ın məlumatına görə, “qoca senyora” Münhen “Bavariya”sının gənc futbolçusu Xerdan Şakirini transfer etmək istəyir. İsveçrəli futbolçu “Pivəçilər”in baş məşqçisi Xosep Qvardiolanın planlarına daxil deyil. Şaqirinin özü də Münhendən ayrılmağı düşünür.
İstedadlı futbolçunun yanvarda İtaliyaya gedəcəyi gözlənilir. (Tuttosport)
