İspaniya yığma komandasının müdafiəçisi Xerard Pike “Barselona”dan ayrılmaq ehtimalının olmadığını bildirib.
Korner.az-ın məlumatına görə, təcrübəli mərkəz müdafiəçisi karyerasını Katalon klubunda bitirəcəyini açıqlayıb:
”Barsa”nı tarixi üçün sevirəm. Dünyanın ən yaxşı klubundayam. Nə indi, nə də sonra bu klubdan ayrılmaq planım yoxdur. Gələcəkdə nələr olacağını kimsə bilə bilməz, amma mən karyeramı bu klubda başa vurmaq istəyirəm”.
Qeyd edək ki, bu mövsüm Xerard Pike “Barselona”nın heyətində 7 La Liqa matçının yalnız üçündə ilk 11-də meydana çıxa bilib.
